Əlaqə saxla

Lüğət · termin

Kotirovka valyutası

Valyuta cütündə ikinci yazılan valyuta; qiymət onunla ifadə olunur.

Kotirovka valyutası (qiymət valyutası) — valyuta cütündə ikinci yazılan valyuta. Qiymət, mənfəət və itki məhz bu valyutada hesablanır.

Misal: GBP/JPY = 190,50
Kotirovka valyutası — JPY. 1 funt = 190,50 Yaponiya yeni.

Niyə vacibdir?

  • Pip dəyəri kotirovka valyutasında yaranır. EUR/USD-də bir pip dollarla, EUR/GBP-də funtla ölçülür.
  • Hesabın dollardadırsa, dollar olmayan kotirovka valyutasındakı nəticə cari kursla dollara çevrilir. Ona görə USD/JPY və ya EUR/GBP-də pip dəyəri sabit deyil.

Birbaşa və dolayı kotirovka

  • Birbaşa — dollar kotirovka valyutasıdır: EUR/USD, GBP/USD. “1 avro neçə dollardır.”
  • Dolayı — dollar baza valyutasıdır: USD/JPY, USD/CHF. “1 dollar neçə yendir?”

Manatla misal: USD/AZN = 1,70 — dollar baza, manat kotirovka valyutasıdır.

Mövzu haqqında ətraflı məqaləForex nədir?7 dəqiqə oxunuş →
Sualın var?Pulsuz zəng, 10:00–19:00 Zəng istəyirəm