Əlaqə saxla

Lüğət · termin

Korreksiya

Əsas trendə qarşı müvəqqəti geri çəkilmə (adətən 10% və daha çox).

Korreksiya — əsas trendə qarşı müvəqqəti geri çəkilmə. Trend heç vaxt düz xətt kimi getmir: yüksəliş arada enişlərlə, eniş arada qalxışlarla davam edir.

İki mənada işlədilir

  • Səhm və indekslər üçün — zirvədən 10–20% arası düşüş. 20%-dən çox düşüş artıq ayı bazarı sayılır.
  • Texniki analizdə — istənilən vaxt çərçivəsində trendə qarşı geri çəkilmə, hətta bir neçə pipslik olsa belə.

Korreksiya, yoxsa dönüş?

Bunu əvvəlcədən dəqiq bilmək mümkün deyil, amma əlamətlər var:

  • Korreksiya adətən əvvəlki hərəkətin 38–62%-i qədər geri çəkilir (Fibonaççi səviyyələri).
  • Korreksiya zamanı həcm azalır, əsas trend bərpa olunanda artır.
  • Yüksəliş trendində qiymət əvvəlki dibin altına enmirsə, trend hələ qüvvədədir.

Bir çox treyder trendə məhz korreksiya bitəndə qoşulur: yüksəlişdə dəstəyə və ya Fibonaççi zonasına geri çəkilmədən sonra alış.

Mövzu haqqında ətraflı məqaləBuğa və ayı bazarı nədir?5 dəqiqə oxunuş →
Sualın var?Pulsuz zəng, 10:00–19:00 Zəng istəyirəm