Kapitalın idarə olunması qaydaları
Strategiya nə qədər yaxşı olsa da, kapitalı idarə etmədən uzun müddət bazarda qalmaq olmur. Aşağıdakılar treyderlər arasında geniş qəbul edilmiş həddlərdir.
Rəqəmlə qaydalar
- Eyni anda bazarda olan ümumi vəsait kapitalın yarısından çox olmasın.
- Bir əməliyyata ayrılan həcm kapitalın 10–15%-ni keçməsin.
- Bir əməliyyatdakı risk (stop-loss işləyəndə itki) kapitalın 1–5%-dən çox olmasın; yeni başlayan üçün 1% daha məqsədəuyğundur.
- Eyni istiqamətə açılmış mövqelərin cəmi girovu kapitalın 20–25%-ni keçməsin — eyni anda hamısı əleyhinə dönə bilər.
Diversifikasiya
Bir neçə alətə bölmək riski azaldır, amma yalnız alətlər bir-birindən asılı deyilsə. Eyni istiqamətdə hərəkət edən cütlərə eyni anda girmək diversifikasiya yox, eyni riskin təkrarıdır.
Əməliyyatların idarə edilməsi
- Zərərli əməliyyatı vaxtında bağla, mənfəətlini isə tələsmədən saxla.
- Zərərli mövqeyə əlavə vəsait qoyaraq “ortalamaq” hesab üçün ən sürətlə böyüyən risklərdəndir.
- Əməliyyat açılandan sonra qaydaları dəyişmə: qərarlar əvvəlcədən verilməlidir.
Jurnal
Hər əməliyyatı yaz: giriş səbəbi, stop və hədəf, nəticə, o anda nə hiss etdiyin. Otuz qeyddən sonra hansı qaydanın işlədiyi və hansı səhvin təkrarlandığı rəqəmlə görünür. Statistika olmadan strategiyanı yaxşılaşdırmaq mümkün deyil.
Kapitalın idarə olunması “nə vaxt almalı” sualına cavab vermir. O, başqa sualı həll edir: səhv edəndə bazarda qalmağa davam edə biləsən.