Əlaqə saxla

Lüğət · termin

Həcm

Müəyyən dövrdə alınıb-satılan aktivin miqdarı. Hərəkətin gücünü təsdiqləyir.

Həcm — müəyyən dövrdə (dəqiqə, saat, gün) alınıb-satılan aktivin miqdarı. Qrafikin altında adətən sütunlar şəklində göstərilir.

Həcm nə deyir?

Qiymət nə baş verdiyini, həcm isə bunun arxasında nə qədər güc olduğunu göstərir.

  • Yüksəliş + artan həcm — hərəkət güclüdür, çox iştirakçı alır.
  • Yüksəliş + azalan həcm — hərəkət zəifləyir, dönüş və ya korreksiya ehtimalı artır.
  • Qırılma + böyük həcm — qırılmanın həqiqi olma ehtimalı yüksəkdir.
  • Dibdə çox böyük həcm — panik satışın sonu (“kapitulyasiya”) ola bilər.

Forexdə həcm

Forex mərkəzləşməmiş bazar olduğu üçün ümumi həcmi heç kim tam bilmir. Platformalar adətən tik həcmini göstərir — qiymətin neçə dəfə dəyişdiyini. Bu, real həcmin təxmini əvəzedicisidir. Səhm və fyuçers bazarlarında isə real birja həcmi görünür.

Mövzu haqqında ətraflı məqaləTexniki analiz nədir?6 dəqiqə oxunuş →
Sualın var?Pulsuz zəng, 10:00–19:00 Zəng istəyirəm