Əlaqə saxla

İndikatorlar · dərs 13 / 19 · 9 dəqiqə oxunuş · yenilənib

Hərəkətli ortalar və Bollincer zolaqları

Hərəkətli orta (MA) son bir neçə dövrün orta qiymətini göstərir və qrafikdəki səs-küyü hamarlayır. Bu, trendin istiqamətini görməyin ən sadə yoludur.

Növləri

  • Sadə (SMA) — son n dövrün bağlanış qiymətlərinin adi ortası. Bütün dövrlərə eyni çəki verir.
  • Çəkili (WMA) — son dövrlərə daha böyük çəki verir, ona görə qiymətə daha tez reaksiya göstərir.
  • Eksponensial (EMA) — həm son dövrləri önə çəkir, həm də bütün keçmiş məlumatı nəzərə alır. Trend bazarında yaxşı işləyir, yan hərəkətdə isə çoxlu yanlış siqnal verir.

Period seçimi

  • Kiçik period (məsələn, 9) qiyməti tez izləyir, amma yanlış siqnalları çox olur.
  • Böyük period (məsələn, 89 və ya 200) daha etibarlıdır, amma dönüşü gec göstərir.
  • Yan hərəkətdə uzun periodlu ortalar daha sakit nəticə verir.

Kəsişmə siqnalı

İki fərqli periodlu orta bir-birini kəsəndə (məsələn, qısa olan uzun olanı yuxarı kəsir) bu, trendin dəyişməsi ehtimalına işarədir. Siqnalı tək başına qəbul etmə: əsas trendin istiqaməti ilə üst-üstə düşəndə daha etibarlı olur.

Bollincer zolaqları

Mərkəzdə hərəkətli orta, onun üstündə və altında isə qiymətin dalğalanma dərəcəsinə görə açılıb-yığılan iki zolaq yerləşir. Bazar sakitləşəndə zolaqlar daralır, hərəkət güclənəndə genişlənir.

  • Qiymət zolaqların arasında gedirsə, aydın siqnal yoxdur.
  • Zolağın kənarını qırmaq güclü hərəkətə işarə ola bilər, lakin tək başına alış və ya satış əmri deyil.
  • Uzun müddət davam edən daralma çox vaxt kəskin hərəkətdən əvvəl olur.
İndikator qiymətdən sonra gəlir, onu qabaqlamır. Ona görə ilk baxılan şey qrafikin özü — trend, dəstək və müqavimət — olmalıdır; indikator yalnız təsdiq üçündür.
Sualın var?Pulsuz zəng, 10:00–19:00 Zəng istəyirəm