Əlaqə saxla

Lüğət · termin

Portfel

İnvestorun sahib olduğu bütün aktivlərin məcmusu.

Portfel — investorun və ya treyderin sahib olduğu bütün aktivlərin məcmusu: səhmlər, istiqrazlar, valyuta mövqeləri, nağd pul və s.

Portfel necə qurulur?

  • Aktivlərin bölgüsü — vəsaitin neçə faizi səhmə, neçə faizi istiqraza, neçə faizi nağdda qalacaq.
  • Diversifikasiya — bir aktivin, sahənin və ya ölkənin uğursuzluğu bütün portfeli sarsıtmasın.
  • Yenidən balanslaşdırma — qiymətlər dəyişdikcə bölgü pozulur; vaxtaşırı ilkin nisbətlərə qaytarılır.

Treyder portfeli

Treyder üçün portfel eyni anda açıq olan mövqelərdir. Burada əsas sual: mövqelər bir-biri ilə nə qədər əlaqəlidir? EUR/USD-də alış və GBP/USD-də alış iki ayrı əməliyyat kimi görünür, amma hər ikisi dolların zəifləməsinə mərcdir — risk ikiqat olur.

Bütün açıq mövqelərin birlikdə hesabın neçə faizini riskə atdığını bil. Çox treyder hər əməliyyatda 1%, ümumilikdə isə 5–6%-dən çox riski qəbul etmir.

Mövzu haqqında ətraflı məqaləDiversifikasiya nədir?5 dəqiqə oxunuş →
Sualın var?Pulsuz zəng, 10:00–19:00 Zəng istəyirəm